AZ

"Deepfake" fırıldaqları artıq sənaye miqyasında həyata keçirilir

Süni intellekt üzrə mütəxəssislərin yaydığı analizdə bildirilib ki, "deepfake" texnologiyası ilə törədilən fırıldaqlar artıq kütləvi xarakter alıb.

Redaktor.az bu haqda xarici mediaya istinadla məlumat verir.

Tədqiqatçıların sözlərinə görə, fərdlərə xüsusi yönəldilən, hətta şəxsi məlumatlara uyğunlaşdırılan dələduzluqların yaradılması üçün istifadə olunan alətlər artıq nə bahalıdır, nə də çətindir və geniş miqyasda tətbiq oluna bilir.

"AI Incident Database" tərəfindən hazırlanan hesabatda “mənfəət naminə saxtalaşdırma” ilə bağlı ondan çox son hadisə qeydə alınıb. 

Araşdırmada vurğulanır ki, fırıldaqçılar artıq geniş yayılmış süni intellekt alətlərindən istifadə edərək daha hədəfli və inandırıcı dələduzluqlar törədirlər. Məsələn, ötən il Sinqapurda yerləşən transmilli bir şirkətin maliyyə əməkdaşı, rəhbərliklə videozəng etdiyini zənn edərək, fırıldaqçılara təxminən 500 min dollar köçürüb. Böyük Britaniyada isə istehlakçıların 2025-ci ilin noyabrına qədər olan doqquz ay ərzində fırıldaqlar nəticəsində 9,4 milyard funt sterlinq itirdiyi təxmin edilir.

Aytəkin TOFİQQIZI

Seçilən
11
1
redaktor.az

2Mənbələr