AZ

Ukrayna Azərbaycan arasında münasibətlərin qurulmasının 34 ili tamam olur

ain.az, Hurriyyet portalına istinadən məlumat verir.

Bu gün Ukrayna-Azərbaycan arasında diplomatik əlaqələr qurulmasının 34 ili tamam olur.

Tarixə nəzərə salsaq hər iki ölkə arasında diplomatik münasibətlər yaxın keçmişə, 1919-cu il Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Belə ki, 1919-cu ildə Ukrayna Xalq Respublikasının Azərbaycanda nümayəndəliyi Bakıda, Nikolayevskeya küçəsi 8-də yerləşmiş nümayəndəliyə konsul Holovan rəhbərlik etmişdir. Xalq Cümhuriyyətinin Kiyevdəki nümayəndəsi isə Yusif Vəzir Çəmənzəminli olmuşdur.

Qeyd edək ki, hal-hazırda Ukraynanın Bakıdakı səfirliyi Y.V.Çəmənzəminli küçəsində yerləşir. Ukrayna post-Sovet məkanında Azərbaycanın əsas strateji müttəfiqlərindən biri sayılır. Belə ki, 2000-ci il, 16 mart hər iki ölkə arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq müqaviləsi, 2008-ci il, 22 may dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq və 2022-ci il, 14 yanvar hər iki ölkə arasında "Birgə bəyannəm"-ə əsasən bu münasibətlər daha da inkişaf etmişdir. Qeyd edək ki, Ukrayna Azərbaycanda ilk səfirliyini 1996-cı il,5 mayda, Azərbaycan isə Ukraynada 1997-ci il, 17 martda açmışdır.

Müstəqiilik dönəmində hər iki ölkə rəhbərlərinin tarixi səfərləri bu münasibətlərə töhvə verib. İlk belə səfər Ukraynanın 2-ci prezidenti Leonid Kuçmanin 1995-ci il ,iyulun 26 da Bakıya səfəri olmuşdur.Səfər nəticəsində münasibətlərin perspektivləri və digər məsələlər müzakirə olunub. Qeyd edək ki, Ukrayna hər zaman bütün platformalarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. Bu səfərə сavab olaraq 1997-ci il, martın 24 də Azərbaycan prezidenti, ulu öndər Heydər Əliyev Kiyevə rəsmi səfər edib. Bundan başqa bütün beynəlxalq tədbirlərdə hər iki ölkə liderləri arasında səmimi və xoş görüşlər olub.

Azərbaycan-Ukrayna münasibətlərinin intensiv dinamikası İlham Əliyev dövründə də davam edib. Heç təsadüfi deyil ki, İlham Əliyevin Kiyevə ilk rəsmi səfəri 2004-cü il, iyunun 3-də reallaşıb. Görüşdə ticarət-iqtisadi əməkdaşlıq, o cümlədən neft sənayesində və enerji daşıyicılarının Avropaya nəqli sahəsində işbirliyi məsələləri ətraflı müzakirə edilib, beynəlxalq problemlər, GUÖAM çərçivəsində əməkdaşlıq məsələləri, Avropa Birliyi və NATO ilə qarşılıqlı əlaqələr barədə fikir mübadiləsi aparılıb. Bu səfərə cavab olaraq Ukrayna prezidenti Viktor Yuşşenko 2006-cı il , 7 sentyabrda Azərbaycana ilk rəsmi səfərə gəlib. Səfər zamanı ticarət-iqtisadi əməkdaşlıq, o cümlədən neft sahəsində ve enerji daşıyicılarının nəqlində işbirliyi müzakirə predmeti olub.

Bundan sonra da hər iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri olub. Hər səfər münasibətlərə töhfə vermiş, əlaqələri daha da inkişaf etdirmişdir.

Hazırkı Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana, Cənubi Qafqaza ilk səfəri 2019-cu il ,dekabrın 18 də reallaşıb. Bu səfərə cavab olaraq İlham Əliyevin 2022-ci il ,14 yanvarda Ukraynaya işgüzar səfəri olub. Səfər zamanı bir çox sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Hər iki ölkə arasında parlamentlərarasi münasibətlər də inkişaf edir. Bu münasibətlərin əsası 1997-ci il, 7 martında qoyulmuşdur. Hazırda parlamentlərarası əlaqələr üzrə işçi qrupa Azərbaycan tərəfindən 18 deputat (sədr Əlibala Məhərrəmzadə), Ukrayna tərəfdən 48 deputat (həmsədrlər Valeriy Kolyux və Volodimir Kreydenko) rəhbərlik edirlər. Parlamentlərarası işçi qrupun katibliyinin rəhbəri UABD-nin sədri Hikmət Cavaddır.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Mətbuat katibi Qabil Osmanlı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
hurriyyet.az

2Mənbələr