ain.az, Olay.az portalına istinadən məlumat verir.
Fevralın 5-də “Gənclər həftəsi” çərçivəsində “Yeni trendlər və gənclər” mövzusunda bloqerlərin, kontent yaradanların və jurnalistlərin III Forumu keçirilib.
OLAY yazır ki, Bakı Kristal Zalında təşkil olunan forumda müxtəlif sahələr üzrə tanınmış blogerlər və jurnalistlər iştirak ediblər.
Tədbirdə sosial şəbəkələrin gənclərin həyatında və formalaşmasında mühüm rol oynadığını qeyd edən gənclər və idman naziri Fərid Qayıbov sosial media sahəsində mövcud vəziyyəti forum iştirakçıları ilə müzakirə edib, onların fikirlərini dinləyib. Maraqlı ideya və təkliflərlə çıxış edən bloqerlər və jurnalistlər onları narahat edən məsələlər barədə fikirlərini bölüşüblər.





















Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.