Nepalda sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində 13 nəfər ölüb, 34-ü yaralanıb.
Publika.az xəbər verir ki, avtobus paytaxt Katmandudun Baitadi bölgəsində idarəetməni itirib.
Bildirilib ki, avtobus təxminən 200 metr dərəyə yuvarlanıb. Qəzadan sonra yaralılar xəstəxanalara aparılıb.
Avtobusdakı sərnişinlərin toydan qayıtdığı məlum olub.