AZ

Sumqayıt məktəblərində insident

Sumqayıt məktəblərində insidentlər baş verib.

"Cebheinfo.az" Sumqayit24.az-a istinadən xəbər verir ki, hadisələrdən biri 33 nömrəli, digəri isə 11 nömrəli məktəbdə qeydə alınıb.

Belə ki, birinci məktəbdə sinif yoldaşları tərəfindən döyüldüyü iddia edilən 2012-ci il təvəllüdlü H.B. qapalı kəllə-beyin travması alıb.

İkinci məktəbdə isə 2014-cü il təvəllüdlü K.M.-in dərs zamanı sinif yoldaşı ilə dalaşarkən yıxılıb başından travma aldığı qeyd olunub. 

***

Sumqayıt Tibb Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, fevralın 5-i saat 12:30 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi) mərkəzin Uşaq Xəstəxanasına hospitalizasiya olunub: “Dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir”.

"Cebheinfo.az"

Seçilən
32
7
cebheinfo.az

8Mənbələr