AZ

Güllələnən müəllimin fotosu

“İdrak” liseyində güllələnən qadın müəllimin kimliyi məlum olub.

"Yeni Sabah" xəbər verir ki, baş verən hadisədə 1997-ci il təvəllüdlü Şəhla Kamilova güllələnib.

Qadın müəllim liseydə riyaziyyat fənnini ingilis dilində tədris edir. O, həmçinin abituriyent hazırlığı, 9 və 11-ci siniflərin buraxılış imtahanlarına hazırlıq, təkmilləşdirmə və liseylərə hazırlıq üzrə müəllimlik fəaliyyəti ilə də məşğuldur.

Şəhla Kamalova ADPU-da bakalavr, UNEC-də isə MBA üzrə magistr təhsili alıb.

Hadisənin təfərrüatları barədə əlavə məlumat verildikcə açıqlama təqdim olunacaq.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
65
5
yenisabah.az

6Mənbələr