Türkiyənin reytinqli seriallarından olan "Eşref Rüya"da bədbəxt hadisə yaşanıb. Aktrisalardan birinin əli yanıb.
BAKU.WS xəbər verir ki, ekran işində rol alan aktrisa Ceren Benderlioğlunun əlinə qaynar yemək tökülüb və o xəsarət alıb.
Serialda "Irmak" obrazıını canlandıran Ceren mikrodalğalı sobada mərci supu isidib, yemək istəyib. O yeməyi mikrodalğalı sobaya yerləşdirilib. Lakin sobanın qapağını açanda yemək onun üstünə dağılıb.
Buna görə də əlləri yanıb. Aktrisa başına hadisə gəlsə də çəkiliş meydanını tərk etməyib. O peşəkar formada işində yenidən davam edib.