AZ

Trampa qızıl heykəl qoyulacaq – Foto


Mayamidə Donald Trampın nəhəng qızıl heykəli ucaldılacaq.
Yeniavaz.com
xəbər verir ki, “The Independent” qəzeti məlumat yayıb.
Məlumata görə, təxminən 4,5 metr hündürlüyündə olan heykəl bürüncdən hazırlanıb və qızıl təbəqə ilə örtülüb.
Heykəl ABŞ-nin Cənubi Florida ştatının Doral şəhərindəki “Trump National Doral” qolf kurortunda altı metrlik postament üzərində qoyulacaq.
Abidə $PATRIOT sikkələrini reklam edən kriptovalyuta investorlarının sifarişi ilə Alan Kottrell tərəfindən hazırlanıb.
Kottrell hazırda ödənilməmiş sifarişlə bağlı davam edən mübahisə səbəbindən heykəli Ohayo tökmə zavodunda saxlayır.
Belə ki, heykəltəraş vəd edilmiş 150 000 dollardan 60 000 dollarını alıb. O, həmçinin iddia edir ki, kriptovalyuta investorları sikkələrini tanıtmaq üçün onun əsərinin təsvirindən qanunsuz olaraq istifadə ediblər.
Seçilən
13
yeniavaz.com

1Mənbələr