AZ

Yanvar ayında Türkiyədən Azərbaycana kimyəvi maddə ixracı 37 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-ci ilin yanvar ayında Türkiyədən Azərbaycana kimyəvi maddə ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azalaraq, 37 milyon 27 min 94 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2026-ci ilin yanvar ayında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz azalaraq, 2 milyard 286 milyon 486 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 31 milyard 652 milyon 794 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq, 31 milyard 931 milyon 878 min dollara bərabər olub.

Seçilən
57
17
turkic.world

10Mənbələr