AZ

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda, “İdrak” liseyinin qarşısında şagirdi tərəfindən güllələnən riyaziyyat müəlliməsi Şəhla Kamilovadır.

Oxu.Az-ın əldə etdiyi məlumatına görə, hadisə tənəffüs vaxtı baş verib.

Baş Prokurorluq da Bakıda liseydə şagirdin müəlliməni güllələməsi ilə bağlı məlumat yayıb.

Bildirilir ki, fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfindən tutulub.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.

Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.

Fevralın 6-da saat 9 radələrində Binəqədi rayonunda yerləşən “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib.

Editor.az  bu barədə Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K.-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bakıda yerləşən “İdrak” liseyində silahlı insidentin detalları məlum olub.

Oxu.Az xəbər verir ki, liseyin rəhbəri Mönsüm Alışov “Unikal”a açıqlamasında hadisə barədə danışıb:

Bakıda

“Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib”.

Bakıda şagirdi tərəfindən güllələnən şəxs “İdrak” liseyinin riyaziyyat müəllimidir.

Editor.az  “Unikal”a istinadən xəbər verir ki, valideynlər hazırda övladlarını liseydən götürürlər.

Bakıda yerləşən “İdrak” liseyində silahlı insident baş verib.

Editor.az “Unikal”a istinadən xəbər verir ki, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib.

Seçilən
9
2
editor.az

10Mənbələr