AZ

Məşhur komik Nurlan Saburova Rusiyaya giriş 50 illik QADAĞAN EDİLDİ

Məşhur komik Nurlan Saburova Rusiyaya giriş 50 illik qadağan edildi

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Tanınmış komik Nurlan Saburova Rusiya Federasiyası ərazisinə daxil olmaq qadağası qoyulub. Məlumata görə, sözügedən qadağa 50 il müddətinə tətbiq edilib və yanvarın 30-dan etibarən rəsmən qüvvəyə minib.

Bu cür sərt qərarın qəbul edilməsinə bir neçə amilin səbəb olduğu bildirilir. Bunlar arasında Saburovun hakimiyyəti tənqid etməsi, habelə ölkənin miqrasiya və vergi qanunvericiliyini pozması halları yer alır.

Qeyd edək ki, Nurlan Saburovun Moskva ətrafında (Podmoskovye) şəxsi malikanəsi var. Lakin qüvvəyə minən qərardan sonra onun uzun müddət öz mülkünə baş çəkməsi mümkün olmayacaq.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
31
interpress.az

1Mənbələr