AZ

“Bu, dövlətimizin başçısına beynəlxalq aləmdə yüksək etimadın ifadəsidir”

ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

“Cənab Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb. Bu, beynəlxalq mükafatdır və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qurucusu Şeyx Zayedin şərəfinə 2019-cu ildə təsis edilib, sülh və təhlükəsizlik proseslərinə töhfə verən şəxslər mükafatlandırılır. 2025-ci il ərzində sülhün, təhlükəsizliyin, qardaşlığın təminatı prosesinə Azərbaycan Prezidenti cənab İlham Əliyev çox ciddi töhfələr verib. Söhbət 8 avqust tarixində Vaşinqtonda imzalanmış tarixi razılaşmalardan gedir. Prezident İlham Əliyev bu prosesdə oynadığı mühüm rola görə bu mükafata layiq görülüb. Ermənistan Baş naziri Nikol Paşinyan da Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüslərin yanında yer aldığı üçün o da bu mükafata layiq görülüb”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev sözün həqiqi mənasında təkcə regional deyil, həm də beynəlxalq sülh və təhlükəsizliyin təminatında böyük xidmətləri olan dövlət başçısıdır: “Cənab Prezidentin 30 ilə yaxın çəkən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsi, Ermənistan ilə Azərbaycan arasında sülh prosesində qazandığı tarixi nailiyyətləri BƏƏ-nin qurucu şəxsinin adı ilə bağlı olan mükafata layiq görülməsi məntiqidir, anlaşılandır”.

E.Nəsirov bunun həm də Azərbaycanla BƏƏ arasındakı əlaqələrin dinamik inkişafını da şərtlərindən məsələlərdən biri olduğunu deyib: “Nəzərə alsaq ki, hər iki dövlət iqtisadiyyatın şaxələndirmə siyasətini həyata keçirir, neft və qazdan asılılığın minimuma endirilməsi siyasəti əsas hədəfdir. Hər iki ölkənin əhalisinin sayı da təxminən oxşardır və dövlət başçıları da müstəqil siyasət həyata keçirir. Həm Azərbaycan Prezidenti cənab İlham Əliyev, həm də BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd müstəqil, öz xalqlarının milli maraqlarına uyğun siyasət həyata keçirir. Hər iki dövlət öz ölkəsini beynəlxalq birliyin aktoruna çevirməyi bacarıb. Bütün bu reallıqlar nəticəsində bu gün hər iki dövlət dünya miqyasında kifayət qədər böyük nüfuza, hörmətə layiqdir. Dünyanın bir çox liderləri də bu mükafat münasibətilə Azərbaycan Prezidentini təbrik ediblər. Bu, bir daha dövlətimizin başçısına beynəlxalq aləmdə olan yüksək etimadın ifadəsidir”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
icma.az

1Mənbələr