BAKI, 6 fevral. TELEQRAF
Teleqraf.az-ın əldə etdiyi məlumata görə, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev vəzifəsindən azad olunub.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli məlumatın doğruluğunu təsdiq edərək bildirib ki, Qafar Əliyev təqaüd yaşının çatması ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.