AZ

ABŞ İranda keçid hökumətinin yaradılması variantlarını araşdırır

ABŞ administrasiyası ölkədə siyasi böhran yaranacağı təqdirdə İran üçün müvəqqəti hökumətin qurulması variantlarını gizli şəkildə araşdırır...

Poliqon xəbər verir ki, bu barədə The National mənbələrə istinadən yazıb.

Nəşr bildirir ki, prezidentin kürəkəni Cared Kuşner prosesdə yaxından iştirak edir. Mənbənin sözlərinə görə, o, keçid administrasiyasının yaradılması ilə bağlı məsləhətləşmələr üçün bir qrup İran-Amerika iş adamının toplanmasına kömək edir.

ABŞ tərəfi yaxın günlərdə Florida ştatının Palm Biç şəhərində İran müxalifətinin nümayəndələri ilə görüşməyi planlaşdırır. Görüşün prezidentin Mar-a-Laqo iqamətgahında, yoxsa başqa yerdə keçiriləcəyi məlum deyil. Ağ Ev məlumatla bağlı şərh verməkdən imtina edib.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr