AZ

Ötən il Azərbaycandan İndoneziyaya ixrac olunan neftin həcmi açıqlandı

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan İndoneziyaya 111,5 milyon ABŞ dollarıdəyərində bitumlu süxurlardan əldə olunmuş 229 min ton xam neft vəneft məhsulları ixrac olunub.

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 67 milyon ABŞ dolları və ya 37,5 faiz, həcm baxımındanisə 81,8 min ton və ya 26,3 faiz azdır.

2024-cü ildə Azərbaycandan İndoneziyaya 178,5 milyon ABŞ dollarıdəyərində bitumlu süxurlardan əldə olunmuş 310,8 min ton neft vəneft məhsulları ixrac olunmuşdu.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlusüxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1milyard ABŞ dolları təşkil edib.

Bildirilir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyərifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb,lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydəalınıb.

Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrachəcminin 48,28%-ni təşkil edib.

Məqalədə:
Seçilən
210
6
az.trend.az

10Mənbələr