AZ

Yanacaq, qida və aviasiya: Abraham Lincoln əslində nə qədər baha başa gəlir?

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Abraham Lincoln atom aviadaşıyıcısı sadəcə döyüş gəmisi deyil, ümumi strateji dəyəri 30 milyard dolları ötən tammiqyaslı "üzən şəhər"dir...

Poliqon Wionews portalına istinadən xəbər verir ki, gəminin gündəlik istismar xərcləri ABŞ Hərbi Dəniz Qüvvələri üçün təxminən 2,5 milyon dollar, aviadaşıyıcı zərbə qrupu ilə birlikdə isə sutkada 6–8 milyon dollara qədər yüksəlir.

Tikinti mərhələsində belə milyardlar

Gəmi 1989-cu ildə istismara verilib. O dövrdə onun tikintisi təxminən 2,24 milyard dollara başa gəlib. İnflyasiya nəzərə alındıqda bu məbləğ bu gün təxminən 6,8 milyard dollara bərabərdir. Bu rəqəmə gövdə, nüvə reaktorları və mürəkkəb elektron sistemlər daxildir, lakin aviakrilonun dəyəri hesaba qatılmayıb.

Gündəlik xərclər: maaşlardan texniki xidmətə qədər

Əsas gündəlik xərclərə şəxsi heyətin maaşları, qidalanma, texniki xidmət və döyüş hazırlığının saxlanılması daxildir. Gəmidə 5 mindən çox hərbçi xidmət edir və onların illik əməkhaqqı fondu 400 milyon dollardan çox qiymətləndirilir.

Bir şəhər qədər qida

Aviadaşıyıcının mətbəxləri hər gün 15–20 min porsiya yemək hazırlayır. Təkcə ərzaq xərcləri sutkada təxminən 65 min dollar təşkil edir. Ehtiyatlara hər gün yüzlərlə çörək və yüzlərlə gallon süd daxildir.

Nüvə enerjisi: məhdudiyyətsiz, amma pulsuz deyil

USS Abraham Lincoln iki A4W nüvə reaktoru ilə təchiz olunub və bu ona 20 ilədək yanacaq doldurmadan fəaliyyət göstərməyə imkan verir. Bununla belə, istismar dövrünün ortasında aparılan yanacağın dəyişdirilməsi və əsaslı təmir 3 milyard dollardan çox vəsait tələb edir və təxminən üç il davam edir.

Aviakrilo - milyardlarla dollar

Aviadaşıyıcının əsas zərbə gücü 60-dan çox təyyarədən ibarət aviakrilosudur. Buraya F-35C "görünməz" qırıcıları da daxildir. Bu tip bir təyyarənin qiyməti 100 milyon dollardan çoxdur və aviakrilonun ümumi dəyəri təxminən 3 milyard dollar qiymətləndirilir.

Havada hər saat — on minlərlə dollar

F-35C qırıcısının bir saatlıq uçuşu təxminən 42 min dollara, F/A-18 Super Hornet isə təxminən 30 min dollara başa gəlir. Gərgin əməliyyatlar zamanı bu xərclər sürətlə artır.

Silah-sursat və texniki təminat

Gəminin müdafiəsi üçün istifadə edilən bir RIM-116 raketinin qiyməti təxminən 900 min dollardır. Aktiv döyüş əməliyyatları zamanı aviadaşıyıcı bir gün ərzində milyonlarla dollar dəyərində sursat sərf edə bilər. Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələri Nimitz sinfinə aid gəmilərin texniki xidməti və modernləşdirilməsi üçün ildə təxminən 720 milyon dollar xərcləyir.

Strateji dəyərin qiyməti

Gövdə, aviakrilo, silah-sursat, infrastruktur və şəxsi heyətin hazırlanması nəzərə alındıqda, USS Abraham Lincoln aviadaşıyıcısının ümumi hərbi dəyəri 30 milyard dolları ötür. Bu isə onu ABŞ-ın qlobal hərbi mövcudluğunun ən bahalı və ən güclü elementlərindən birinə çevirir.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr