AZ

Türkiyədə daha bir antinarkotik əməliyyatı - İki məşhur saxlanıldı

Türkiyə hüquq-mühafizə orqanlarının bir müddətdir məşhurlara qarşı keçirdiyi narkotik əməliyyatları prosesi üzrə iki tanınmış şəxs saxlanılıb.
 
Moderator.az TGRT-yə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı zamanı sosial media fenomenləri - Taha Özer və Simge Barankoğlu gecə saatlarında nəzarətə alınıblar.
 
Araşdırmalar zamanı Barankoğlunun dələduzluq ittihamı ilə də axtarışda olduğunu ortaya çıxıb.
 
Sözügedən tanınmış şəxsin 2021-ci ilin dekabrında sosial media fırıldaqçılığında iştirak etdiyi iddia olunan cinayətkar təşkilata qarşı əməliyyat zamanı da tutulduğu və məhkəmədə barəsində həbs qərarı çıxarıldığı vurğulanır.
Seçilən
1
2
moderator.az

3Mənbələr