Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
AzVision.az xəbər verir ki, amerikalı sahibkar, dünyanın ən varlı adamı İlon Mask belə iddia irəli sürüb. “Bəlkə də biz ABŞ-nin müflisləşməsinin başlanğıcını ləngidə bilərik və problemi həll etmək üçün süni intellekt və robot texnikasının tətbiqi üçün kifayət qədər vaxt uda bilərik. Bu, milli borc məsələsini həll etməyin yeganə yoludur”, - milyarder blogerlər Dvarkeş Patelə və Con Kollisona müsahibəsində deyib. Sahibkar ABŞ-nin dövlət borcu üzrə faiz ödənişlərinin ölkənin hərbi büdcəsini üstələdiyinə diqqət çəkib. - Təkcə bir trilyon dollardan çox vəsait faizlərin ödənişinə gedir. Süni intellekt və robotlardan istifadə etməsəydik, biz çox çətin vəziyyətdə olardıq, çünki milli borc çılğın sürətlə böyüyür”, - İlon Mask vurğulayıb. Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.