AZ

Səudiyyə Ərəbistanında maraqlı qanun: Dəvələrə pasport veriləcək

Səudiyyə Ərəbistanı hökuməti yerli dəvə populyasiyaları üçün pasport tətbiq edib.

Bu barədə ölkənin Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi "X" hesabında məlumat verib.

"Heyvandarlıq sənayesinin səmərəliliyinin artırılması və dəvələr haqqında məlumat bazasının yaradılması məqsədilə dəvə pasportu təqdim edilib", - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, dəvə pasportu heyvan, onun cinsi və sahibi haqqında məlumatları özündə əks etdirən rəsmi sənəd olacaq. Pasportun əsas xüsusiyyəti ətraflı peyvənd kartıdır. Bu kart sayəsində hər bir dəvə üçün dəqiq və etibarlı sağlamlıq qeydiyyatı aparmaq mümkün olacaq və populyasiyada yoluxucu xəstəliklərin monitorinqi daha asan həyata keçiriləcək.

Nazirliyin bildirdiyinə görə, dəvələrin sənədləşdirilməsi, həmçinin heyvan sahibinin mülkiyyətinin təsdiqlənməsi prosesini sadələşdirəcək və heyvandarlara damazlıq işində səmərəliliyi artırmaq imkanı verəcək.
Seçilən
91
7news.az

1Mənbələr