AZ

Bakıda şagird atasının tüfəngilə müəllimini güllələyib I YENİLƏNİB

Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktla bağlı araşdırma aparılır.

***

Fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfində tutulub.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.

Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.

***

Bakıda liseydə şagird müəllimini güllələyib.

AzVision.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Məlumata görə, 10-cu sinif şagirdi müəllimini odlu silahla güllələyib.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.

Qeyd edək ki, xəbəri ilk olaraq "unikal.az" saytı yayıb.

AzVision.az
Seçilən
1
2
azvision.az

10Mənbələr