AZ

London Nigeriyaya yarım milyard təzminat ödəyəcək

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nigeriya mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, məhkəmə hər bir öldürülmüş mədənçinin ailəsi üçün 20 milyon funt sterlinq təzminat nəzərdə tutub. Eyni zamanda, Britaniya hökuməti zərərçəkmiş ailələrdən yazılı və qeyd-şərtsiz surətdə üzr istəməlidir. Hökmü çıxaran hakim Antoni Onovo diqqətə çatdırıb ki, sözügedən hadisəyə görə London birbaşa məsuliyyət daşımalıdır: "Həmin mədənçilər yalnız daha yaxşı iş şəraiti istəyirdilər. Onlar tamamilə dinc şəkildə öz etirazlarını bildirmişdilər". Beləliklə, Nigeriya məhkəməsi rəsmi London qarşısında təzminatın ödənilməsi üçün 90 gün möhlət, habelə ödəmə başa çatanadək 10% əlavə haqq qoyub. Bildirilib ki, üzr məktubu isə həm Britaniya, həm də Nigeriyada ümumilikdə 6 qəzetdə işıq üzü görməli, bu barədə məhkəməyə 60 gün ərzində yazılı sübut göndərilməlidir. Məlumat üçün bildirək ki, 1949-cu ilin noyabrında Nigeriyanın Enuqu ştatında mədənçilər ağır iş şəraiti və ədalətsiz məvacib ucbatından üsyana qalxmışdılar. Nəticədə ingilis müstəmləkə qüvvələri onlara qarşı atəş açmış, 21 fəhlə həyatını itirmiş, 51-i isə xəsarət almışdı. Firudin Həmidli

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azvision.az

2Mənbələr