AZ

“Barselona” Levandovski ilə müqaviləsini uzatmaq istəyir

Yeniavaz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Barselona” 37 yaşlı hücumçu Robert Levandovski ilə müqaviləsini uzatmaq istəyir.

Yeniavaz.com xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, “Barselona”nın baş məşqçisi Hans Diter Flik polşalı oyunçunun həm idmançı etikasından, həm də futbolçu performansından razıdır. Buna görə də, “Barselona” hücumçunun müqaviləsini ən azı 2027-ci ilin iyun ayına qədər uzatmaq üçün müxtəlif variantları araşdırır. Ancaq klubun əsas şərti onun maaşının azaldılması və komandada daha çox rotasiya oyunçusu rolunu qəbul etməsidir.

Qeyd edək ki, Levandovski 2022-ci ilin yayından bəri “Barselona”da oynayır. Bu mövsüm o, bütün turnirlərdə 27 oyunda meydana çıxıb, 12 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

“Transfermarkt” portalındakı məlumata görə, onun transfer qiyməti hazırda 9 milyon avrodur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
yeniavaz.com

2Mənbələr