AZ

Bakıda şagird müəllimini güllələdi  - YENİLƏNİB

Bakıdakı “İdrak Liseyi”ndə silahlı insident baş verib.

Manset.az Unikal-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki təhsil müəssisəsində qeydə alınıb.

Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb.

Dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir.

***

Liseyin rəhbəri Mönsüm Alışov açıqlamasında hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib:

“Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib”, - deyə o əlavə edib.

***

Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.


Manset.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyindən məlumat verilib. 

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Seçilən
49
3
manset.az

10Mənbələr