AZ

Bəstiçayın qış mənzərəsi FOTO

Zəngilan, 6 fevral, AZƏRTAC

Zəngilan rayonunun Bəsitçay dərəsində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğu qış mövsümündə xüsusi gözəlliyi ilə diqqət çəkir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qar örtüyünə bürünən nadir Şərq çinarı meşəsi əraziyə füsunkar mənzərə bəxş edir. 1974-cü ildə yaradılan və 107 hektar sahəni əhatə edən qoruq Azərbaycanın ən kiçik dövlət qoruğu hesab olunur. Ərazidə əsasən Şərq çinarı yayılıb və bu nadir ağac növü ölkənin “Qırmızı Kitabı”na daxil edilib. Qoruğun mülayim-isti iqlimi və təbii landşaftı çinar meşələrinin bərpası üçün əlverişli şərait yaradır.

Burada müxtəlif heyvan və quş növlərinə rast gəlinir. Zəngin flora-faunası və unikal təbiəti Bəsitçayı gələcəkdə ekoturizm üçün perspektivli məkanlardan birinə çevirir.

Seçilən
9
1
azertag.az

2Mənbələr