AZ

Kosmosda gizli təhlükə: Çinin iflic edən silahı yeni eranı başladır

Çin alimləri Yer orbitinin aşağı qatında fəaliyyət göstərən peykləri sıradan çıxara bilən mikrodalğalı silah hazırlayıblar. 

Ölkə.az “South China Morning Post”a  istinadən xəbər verir ki, TPG1000Cs adlanan cihaz Sian şəhərində yerləşən Şimal-Qərb Nüvə Texnologiyaları İnstitutunda yaradılıb.
Sistem bir dəqiqə ərzində 20 giqavat gücündə impulslar generasiya edə bilir. Nəşrə  danışan mütəxəssislərin fikrincə, bu güc Starlink də daxil olmaqla peyk bürclərinin fəaliyyətini pozmaq və ya zədələmək üçün kifayət edə bilər.

Məlumata görə, qurğu nisbətən kompakt ölçülərə malikdir: uzunluğu təxminən 4 metr, çəkisi isə 5 tondur. Bu isə sistemin yük maşınına, hərbi gəmiyə, təyyarəyə və hətta kosmik aparata quraşdırılmasını nəzəri cəhətdən mümkün edir. Əgər belə bir cihaz orbitdə yerləşdirilərsə, onun təsirini aşkarlamaq və qarşısını almaq xeyli çətin ola bilər. Nəşr qeyd edib ki, əvvəlki oxşar sistemlər daha iri idi və cəmi bir neçə saniyə işləyə bilirdi.
Kosmosun mümkün hərbiləşdirilməsi ilə bağlı narahatlıqların artdığı bir dövrdə bu məlumatlar xüsusi diqqət çəkir.

 Fevralın əvvəlində rusiyalı teleaparıcı Vladimir Solovyov dövlətə məxsus “Rossiya 1” kanalında çıxışı zamanı Ukraynanın tələbi ilə Rusiya qoşunları üçün fəaliyyəti məhdudlaşdırılan Elon Maskın Starlink peyklərinin “qanuni hədəf” olduğunu iddia edib və hətta kosmosda nüvə partlayışı variantını gündəmə gətirib.

Bununla yanaşı, ABŞ Kosmik Qüvvələrinin 2025-ci ilin martında dərc etdiyi hesabatda Çinin hərbi kosmik imkanlarının sürətlə artdığı vurğulanır. Sənədə əsasən, 2015-ci ildən bəri Çinin kosmik əməliyyatları 620% artıb və ölkənin artıq 1000-dən çox peyki mövcuddur. Hesabatda həmçinin Çin ordusunun kosmik imkanlara potensial regional münaqişələrdə çəkindirmə vasitəsi kimi baxdığı qeyd olunur.
 
Mürtəza

Seçilən
37
2
olke.az

3Mənbələr