AZ

Azər Allahverənov Şimali Kipr Türk Respublikasının səfiri ilə görüşüb



Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov Şimali Kipr Türk Respublikasının Azərbaycan Respublikasındakı səfiri xanım Ufuk Turqaner və səfirliyin 3-cü katibi Görkem Reis ilə rəsmi görüş keçirib.

Newscenter.az xəbər verir ki, Azərbaycan Milli QHT Forumunun ofisində keçirilən görüşdə Baş katib Azər Allahverənov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Katibliyinin yarandığı gündən etibarən həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib. O, Katibliyin əsas məqsədinin Türk dövlətlərinin vətəndaş cəmiyyəti institutları arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə institusional dəstək göstərilməsi və bu təsisatların irəli sürdükləri birgə təşəbbüslərin effektivliyinin artırılması üçün əlaqələndirmə işlərinin yerinə yetirilməsi olduğunu vurğulayıb.

Azər Allahverənov qeyd edib ki, Türk dünyasının QHT-ləri arasında əməkdaşlığın gücləndirilməsi və ortaq layihələrin həyata keçirilməsi ictimai diplomatiyanın inkişafına, eləcə də xalqlar arasında mənəvi-mədəni birliyin möhkəmlənməsinə xidmət edir.
Son illər iki dövlət QHT-ləri arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini vurğulayan səfir xanım Ufuk Turqaner bu istiqamətdə görülən işlərin perspektivləri barədə danışıb.
Görüş çərçivəsində tərəflər vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın cari vəziyyəti, ortaq mövzular və aktual olan məsələlərin aradan qaldırılmasında iki dövlətin QHT-lərinin rolu ilə bağlı fikir mübadiləsi aparıblar.

Sonda ictimai təsisatlar arasında qarşılıqlı əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsi üçün mümkün dəstək və əlaqələndirmə işlərinin əhəmiyyəti bir daha vurğulanıb.

Süleyman
Seçilən
12
2
newscenter.az

2Mənbələr