
2026-cı ilin yanvar ayında ABŞ şirkətlərində 108 mindən çox əməkdaş işdən çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi “Challenger, Gray and Christmas Inc” işə qəbul şirkətinin hesabatına istinadən məlumat yayıb.
Bildirilib ki, bu göstərici 2009-cu ildən bəri ən yüksək səviyyəyə çatıb.
“İxtisar planlarının əksəriyyəti 2025-ci ilin sonuna qədər hazırlanmışdı. Bu isə işəgötürənlərin 2026-cı ilin perspektivlərinə o qədər də nikbin yanaşmadığını göstərir”, – deyə şirkətin gəlirlər üzrə direktoru Endi Çellencer bildirib.