Çin alimləri Yerin aşağı orbitindəki peykləri sıradan çıxara bilən mikrodalğalı silah hazırlayıblar.
QHT.az xəbər verir ki, South China Morning Post yazır ki, TPG1000Cs adlı cihaz Şimal-Qərb Nüvə Texnologiyaları İnstitutu tərəfindən hazırlanıb və bir dəqiqə ərzində 20 giqavattlıq impulslar yarada bilir. Mütəxəssislərə görə, bu güc Starlink də daxil olmaqla peyk bürclərini pozmaq və ya zədələmək üçün kifayətdir. Sistem nisbətən kompaktdır və yük maşınına, hərbi gəmiyə, təyyarəyə, hətta kosmik platformaya quraşdırıla bilər. Eyni vaxtda ABŞ Kosmik Qüvvələrinin hesabatında Çinin kosmik hərbi imkanlarının 2015-dən bəri 620% artdığı və ölkənin 1000-dən çox peykə sahib olduğu qeyd olunur. Hesabatda Pekinin kosmosu potensial münaqişələrdə çəkindirmə vasitəsi kimi gördüyü vurğulanır.
R.İmanov