Zığ qəsəbəsində qəbiristanlıqda ACINACAQLI VƏZİYYƏT
Ajans.az-ın məlumatına görə, yol örtüyü ciddi şəkildə deformasiyaya uğrayıb. Bu da nəqliyyat vasitələrinin və piyadaların hərəkətini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Yağıntılı hava şəraitində mövcud vəziyyət daha da ağırlaşır. Sakinlər bildirirlər ki, onlar əzizlərini ziyarət etməyə gedərkən çətinliklə qarşılaşırlar.
