AZ

“Rostex” uzaqdan idarəetmə ilə partladılan 30 mm-lik mərmi hazırlayıb

“Rostex” Dövlət Korporasiyasının mütəxəssisləri 30 mm-lik avtomatik toplar üçün uzaqdan idarəetmə ilə partlayan sursat hazırlayıblar. Mərmi pilotsuz təyyarələrə qarşı silahların effektivliyini artırmaq üçün düzəldilib.

Herbiand.az bu barədə Korporasiyanın mətbuat xidmətinə istinadən bildirir.

Sursat 2A42 avtomatik topu olan kiçik kalibrli artilleriya sistemlərində istifadə üçün nəzərdə tutulub. Bu toplar desant döyüş maşınlarına, BMP-2, BPMT, eləcə də Mi-28NM və Ka-52M hücum helikopterlərinə quraşdırılıb.

Yeni sursat ilk dəfə Səudiyyə Ərəbistanında keçiriləcək World Defense Show 2026 beynəlxalq sərgidə təqdim olunacaq.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
25
herbiand.az

1Mənbələr