AZ

Qara Qarayevə ağır itki

style='margin-bottom:10px;'>

Tanınmış futbolçu, U-21 millisinin məşqçisi Qara Qarayevə ağır itki üz verib.

QOL.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun atası Elxan Qarayev vəfat edib.

Məlumata görə, o, müalicə aldığı Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişib.

Qeyd edək ki, hazırda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçisi vəzifəsini icra edən Qara Qarayev uzun illər “Qarabağ”da oynayıb, həmçinin karyerası ərzində “Neftçi” və "Araz-Naçıvan"ın da formasını geyinib.

Seçilən
21
21
teleqraf.com

10Mənbələr