Sumqayıt məktəblərində insidentlər baş verib
NOCOMMENT.az-ın məlumatına görə, hadisələrdən biri 33 nömrəli tam orta məktəbdə qeydə alınıb. Belə ki, sinif yoldaşı tərəfindən döyüldüyü iddia edilən 2012-ci il təvəllüdlü H.B. qapalı kəllə-beyin travması alıb.
Digər insident isə 11 nömrəli tam orta məktəbdə baş verib. 2014-cü il təvəllüdlü K.M.-in dərs zamanı sinif yoldaşı ilə dalaşarkən yıxılıb başından travma aldığı bildirilir. (Sumqayit24.az)