AZ

““İtaətkarlığa” öyrəşdirilmiş Elçin Hüseynbəyli” - Emil Rasimoğlu yazır...

Bir fərd ki, bir imza ki iradə kasadlığı ucbatından istismara (işğala) məruz qaldı(sa)... və ya özünün istismar olunmasına özü şərait yaratdı(sa), hətta öz istismar (işğal olunmuş) halı ilə bəzən məmnunluq da yaşamağı bacardısa həmin fərd, həmin imza üçün “təzim sindiromu” ictimai müstəvidəki düşüncə tərzinin “ana xəttidir”...

Haqqında söz açacağım Elçin Hüseynbəyli də bu gözəlim məmləkətin məhz həmin o “qandal sevdalı”, mövqeyi “güllələnmiş” fərdlərindən, həmin o imzalarındandır...

İndi də iradəsi əsirlikdə qan ağlayan Hüseynbəyli həzrətləri Yazıçılar Birliyinin qarşıdan gələn qurultayı ilə bağlı mətbuata “təzim sindiromlu” düşüncəsi ilə rabitəsiz şəkildə bildirdiyi münasibətində öncə

“Kimlərin namizədliyini irəli sürəcəyini bilmirəm...” — deyib, sonra isə qayıdır ki,

“AYB-də sədrlik potensialı olan kifayət qədər katib var. Düşünürəm ki, onlardan biri seçiləcək...”.

Adama deməzlərmi, ay gözəlim məmkələtin “itaətkarlığa” öyrəşmiş, öyrəşdirilmiş Elçin Hüseynbəylisi, namizədlərin kim olmasını bilmədiyiniz halda(!) katiblərdən birinin sədr seçiləcəyini necə düşünə bilirsiniz? Katiblərin (də digər üzvlər kimi) hələ əvvəl, namizəd olma mərhələsi var axı...

Digər tərəfdən, deyəsən, iradə kasadlığı ucbatından Anar diktaturasının “fədakarlarından” olan Elçin Hüseynbəyli heç fərqində deyil ki, qurultayda seçki katiblar arasında yox, namizədlər arasında keçirilir...

Bilirsiniz, baxış bucağı “dar ağacı”ndan boylanan Hüseynbəyli həzrətləri niyə belə düşünür? Çünki ictimai məsələlərin fonundakı təfəkkür mexanizmi, düşüncə tərzi zədəlidi, əzmi, mövqeyi qəzalı vəziyyətdədir...

Yeri gəlmişkən onu da deyim ki, Elçin Hüseynbəyli (həm də!) bir dövr sədrlik arzusunda olan şəxsdən zamanla sədrin “arzularını” gerçəkləşdirən şəxsə çevrilən ismlərdəndir...

... Tanrının gözünə görsənməyin, Elçin Hüseynbəyli!

Emil Rasimoğlu
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Poliqon.info

Seçilən
83
poliqon.info

1Mənbələr