
Fransa millisinin hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı Premyer Liqasının (Proliqa) 21-ci turunda “Əl Hilal”la ilk oyununa çıxıb.
Yeniavaz.com xəbər verir ki, səfərdə “Əl Uxdud”la baş tutan görüş qonaqların 0:6 hesablı qələbəsi ilə başa çatıb.
Benzema “Əl Hilal”dakı debüt oyununda üç qol vuraraq het-trik edib. Həmçinin Salem Əl-Dovsari də iki qol vurub. Braziliyalı hücumçu Malkom da fərqlənib.
Qeyd edək ki, Benzema bir neçə gün əvvəl “Əl İttihad”dan hazırda 50 xalla turnir cədvəlinə başçılıq edən “Əl Hilal”a keçib.