AZ

UEFA Çempionlar Liqası: "Real"ın futbolçusu "Benfika"ya qarşı hər iki oyunda meydana çıxmayacaq

İspaniyanın "Real" klubunun futbolçusu Rodriqo Portuqaliya təmsilçisi "Benfika"ya qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin hər iki oyununda iştirak etməyəcək.

"Report" "The Athletic"ə istinadən xəbər verir ki, buna 25 yaşlı vingerin Liqa mərhələsinin XVIII turunda bu rəqibə uduzduqları matçda (2:4) ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəb olub.

UEFA braziliyalı oyunçunu hakimlərin ünvanına təhqiramiz ifadələr işlətdiyinə görə iki oyunluq diskvalifikasiya etmək qərarına gəlib.

Xatırladaq ki, oyunlar 17 və 25 fevralda baş tutacaq. "Real"ın digər futbolçusu Cud Bellinqem zədə səbəbindən bu matçlarda meydana çıxmayacaq.

Seçilən
4
1
far.az

4Mənbələr