AZ

Prezidentin Əbu-Dabiyə səfəri dünya mətbuatının diqqət mərkəzində

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfəri çərçivəsində dövlət başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində iştirakı, həmçinin burada keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzindədir.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyənin rəsmi Anadolu agentliyinin materialında “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində dövlət və hökumət başçıları Rəcəb Tayyib Ərdoğan, Kasım-Jomart Tokayev, Şavkat Mirziyoyev, Sadır Japarov, Kral II Abdulla, Şahbaz Şərifin Azərbaycan Prezidentinin müdrik və düşünülmüş rəhbərliyi sayəsində regionda sülhün və təhlükəsizliyin bərqərar olması barədə fikirləri yer alıb.

Agentlik bildirib ki, Prezident İlham Əliyev mərasimdəki çıxışında Azərbaycan ilə Ermənistan arasında sülhün təkcə iki ölkə üçün deyil, bütün geniş region üçün əhəmiyyətini vurğulayıb.

Materialda diqqətə çatdırılıb: “Zayed İnsan Qardaşlığı Mükafatı”na görə təşəkkürünü bildirən Azərbaycan Prezidenti qeyd edib ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamədən ötən altı ay Azərbaycan-Ermənistan münasibətlərinin inkişafı baxımından çox mühüm olub. Yazıda Prezident İlham Əliyevin aşağıdakı sözləri sitat gətirilib: “Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk. Bu səhər ermənistanlı həmkarımla görüşdüm və gələcək addımlarımızı müzakirə etdik”.

Seçilən
4
publika.az

1Mənbələr