AZ

Süni intellekt "insan kimi" işləyəcək

"OpenAI" şirkəti real iş tapşırıqlarını yerinə yetirə bilən süni intellekt agentlərinin (botlarının) yaradılması və tətbiqinə kömək edən yeni "Frontier" platformasını təqdim edib.

AzEdu.az şirkətin saytına istinadən xəbər verir ki, agentlər fərqli mənbələrdən informasiyanı emal edə, fayllarla işləyə və proqram kodunu işə sala biləcəklər.

Şirkətin açıqlamasında qeyd olunur ki, "Frontier" botlara effektiv işləmək üçün insanlara lazım olan bacarıqlara bənzər imkanlar verir, o cümlədən aydın giriş hüquqları yaradır və fəaliyyət sərhədlərini müəyyən edir.

Hazırda "Frontier" "OpenAI"nin məhdud sayda müştərisi üçün əlçatandır. Bu aləti ilk tətbiq edəcək şirkətlər arasında HP, "Intuit", "Oracle", "Uber Technologies" və digərləri yer alır.

Seçilən
4
azedu.az

1Mənbələr