AZ

Tras müqavilələrinin müddəti və dəyəri: Bakı ən çox pul ödəyir?

F-1.az xəbər verir ki, qarşıdakı mövsümdə cəmi iki trasın müqaviləsi ilin sonunda başa çatacaq, amma həm Suzukanın, həm də Silverstounun təqvimdə qalacağına heç bir şübhə yoxdur.

Əksinə, müqavilələrinin müddəti 2025-ci ildə başa çatan trasların gələcəyi barədə daha çox sual var: çox güman ki, onlardan bəziləri gələcəkdə növbəlilik prinsipi ilə çempionatda qala biləcək. Cari mövsümdə bu məsələ ilə bağlı danışıqlar aparılacaq.

Təqvimdə yer alan traslar arasında ən uzunmüddətli müqavilə Melburna məxsusdur. Düzdür, uzunmüddətli gələcəyə həqiqi zəmanəti yalnız Formula 1-in özünün promouter kimi çıxış etdiyi Las Veqasa vermək mümkündür.

Ödənişlərin məbləği haqqında məlumatı da elə avstraliyalı jurnalistlər əldə ediblər. Aydın məsələdir ki, müqavilələrin təfərrüatı məxfidir və rəqəmlər kifayət qədər təxminidir. Bu məlumatlara görə, Bakıda şəhər yarışının təşkilatçıları ən bahalı müqaviləyə malikdirlər – elə keçən il də Azərbaycan ən bahalı yarış idi.

FORMULA1 traslarının cari müqavilələri

Qran Pri Tras Müqavilənin sonu 2023-cü ildə dəyəri (mln. $)
Yaponiya Suzuka 2024 25.00
Britaniya Silverstoun 2024 26.00
Belçika Spa 2025 22.00
Çin Şanxay 2025
Emiliya Romanya İmola 2025 21.00
İtaliya Monza 2025 25.00
Las Veqas Las Veqas 2025
Mexiko Rodriges qardaşları ad. 2025 30.00
Monako Monako 2025 20.00
Niderland Zandfort 2025 32.00
Azərbaycan Bakı 2026 57.00
İspaniya Barselona 2026 25.00
ABŞ Ostin 2026 30.00
Avstriya Şpilberq 2027 25.00
Səudiyyə Ərəbistanı Ciddə 2027 55.00
Sinqapur Marina Bey 2028 35.00
Əbu Dabi Yas Marina 2030 42.00
San Paulu İnterlaqos 2030 25.00
Kanada Jil Vilnöv ad. 2031 32.00
Mayami Mayami 2031
Macarıstan Hunqarorinq 2032 40.00
Qətər Luasil 2032 55.00
Bəhreyn Saxir 2036 52.00
Avctraliya Albert Park 2037 37.00
Seçilən
345
f-1.az

1Mənbələr