AZ

ABŞ ordusu narkotik qaçaqmalçılarına aid gəmiyə zərbə endirdi - Ölənlər var

Bakı. Trend:

ABŞ ordusu Sakit Okeanın şərq hissəsində narkotik vasitələrinqanunsuz daşınması ilə məşğul olan gəmiyə zərbə endirib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin CənubKomandanlığının mətbuat xidməti məlumat yayıb.

“Kəşfiyyat məlumatları ilə təsdiq olundu ki, gəmi Sakit OkeanınŞərq hissəsində məlum narkotik qaçaqmalçılığı marşrutları boyuncaüzüb və ondan narkotik vasitələrin daşınması məqsədilə istifadəolunub”, - deyə məlumatda vurğulanıb.

Zərbə nəticəsində gəmidə olan 2 nəfər həlak olub. Əməliyyatınbeynəlxalq sularda həyata keçirildiyi bildirilir.

Məqalədə:
Seçilən
42
az.trend.az

1Mənbələr