
Ukrayna ilə bağlı mümkün sülh razılaşmasının əldə olunması hətta əlverişli şərtlər daxilində belə ən azı 1,2 ay vaxt apara bilər.
Missiya.Az xəbər verir ki, bu barədə TASS danışıqlarla tanış olan mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, proses mərhələli və çoxşaxəlidir və bir ay ərzində başa çatdırılması real görünmür.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə təhlükəsizlik məsələlərinə dair məsləhətləşmələr 23–24 yanvar və 4–5 fevral tarixlərində Əbu-Dabidə keçirilib.
Seyranə QuliyevaMissiya.Az