“Real” Endriki növbəti mövsüm La Liqada görmək istəyir.
İdmanxeber.az xəbər verir ki, Madrid klubu “Lion”da icarədə çıxış edən və 5 oyunda 5 qol vuran hücumçunun müqaviləsinin uzadılmasını planlaşdırmır.
Qərara əsasən, futbolçu mövsümün sonunda Fransanı tərk edəcək.
Qeyd edək ki, “Lion” rəsmi müraciət etməsə də, istənilən halda cavab mənfi olacaqdı.