AZ

Dünyanın ən uzun ilanı İndoneziyada aşkar edildi

İndoneziyanın Sulavesi adasında tapılan Malayopython reticulatus növünə aid ilan dünyanın ən uzun ilanı kimi qeydə alınıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının rəsmi saytı məlumat yayıb.

Məlumata görə, “Baronessa” adı verilən ilan ötən il Sulavesi adasının Maros bölgəsində aşkarlanıb. Onun uzunluğu 7,22 metr təşkil edir. Mütəxəssislərin bildirdiyinə görə, tam rahat vəziyyətdə ölçülərsə, sürünənin uzunluğu təxminən 10 faiz daha artıq ola bilər.

Lakin ilanı tam rahat vəziyyətə salmaq üçün anesteziya tətbiq edilməyib. Buna səbəb prosedurun heyvan üçün həyati risk yaratmasıdır. “Baronessa”nın çəkisi 96,5 kiloqramdır.

Hazırda dünyanın ən uzun ilanı Maros bölgəsində ilanlar üçün xüsusi qayğı mərkəzi yaradan yerli təbiəti mühafizəçilərin nəzarəti altında saxlanılır.

Seçilən
23
veteninfo.az

1Mənbələr