Bu məsələni araşdırmaq üçün Qurban Səfərovla əlaqə saxladıq. 21 yaşlı futbolçu dekabrın maaşını almadığını, klubdan heç kimin zənglərini açmadığını bildirir.
Bununla bağlı klubun mətbuat katibi Elnur Qasımovla əlaqə saxladıq:
“Qurban Səfərova heç bir borcumuz qalmayıb. Azadolma sənədini mən vermişəm. Mənə zəng etməyib. Neçə il baş məşqçimiz Ramiz müəllimlə birgə çalışıb, yəqin onu yığır”.
MÜZƏFFƏR QULUZADƏ