AZ

Azərbaycanın beynəlxalq aləmdə qazandığı yüksək nüfuzun göstəricisi




"Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabidə Zayed İnsan Qardaşlığı Mükafatına layiq görülməsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı yüksək nüfuzun və dövlət başçısının humanizm, multikulturalizm və sülh dəyərlərinə verdiyi ardıcıl töhfələrin aydın ifadəsidir".

Newscenter.az xəbər verir ki, bunları Magen David Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin rəhbəri David Seliverstov deyib. O bildirib ki, bu təltif Prezident İlham Əliyevin təkcə regional lider deyil, eyni zamanda qlobal miqyasda dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq edən, tolerantlığı real dövlət siyasətinə çevirən nüfuzlu dövlət xadimi kimi qəbul olunduğunu təsdiqləyir:

"Zayed İnsan Qardaşlığı Mükafatı 2019-cu ildə Birləşmiş Ərəb Əmirlikləri tərəfindən təsis edilmişdir və adını BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Al Nahyandan alır. Mükafat xalqlar arasında qarşılıqlı hörmətin, dinlərarası anlaşmanın və qlobal sülhün təşviqinə töhfə verən dünya miqyaslı lider və şəxsiyyətlərə təqdim olunur.

Bu nüfuzlu mükafata indiyədək Papa Fransisk, Əhməd əl-Tayyib, Antonio Guterres kimi qlobal miqyasda tanınmış dini və siyasi liderlər, həmçinin humanitar təşkilatlar layiq görülmüşdür".

David Seliverstov qeyd edib ki, Prezident İlham Əliyevin bu sırada yer alması Azərbaycanın multikulturalizm modelinin və sülhə əsaslanan dövlətçilik fəlsəfəsinin beynəlxalq səviyyədə nümunə kimi qəbul edildiyini və ölkəmizin qlobal humanitar gündəlikdə artan rolunu bir daha nümayiş etdirir.

Süleyman
Seçilən
8
newscenter.az

1Mənbələr