AZ

Neftçi dən transfer qərarı: İNGİLTƏRƏLİ HÜCUMÇU...

ain.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Misli Premyer Liqasında çıxış edən "Neftçi" heyətlə bağlı islahatlarını davam etdirir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, klub yay transfer pəncərəsi üçün çalışmalara indidən start verib.

"Ağ-qaralar" iyulda müqaviləsi bitəcək oyunçularla bağlı qərarlarını müəyyənləşdirir. 

Bunlardan biri də Bassala Sambudur. İngiltərəli hücumçu mövsümün startında uğursuz çıxış etsə də, daha sonra göstərdiyi performansla özünü doğruldub. 

Komandanın baş məşqçisi Yuri Vernidub Sambudan məmnundur. Bassala hazırda mütəxəssisin prioritet forvardıdır. 

Ukraynalı çalışdırıcı onun heyətdə qalmasını istəyir. Növbəti aylarda tərəflər arasında razılaşma əldə olunması gözlənilir.

Qeyd edək ki, "Everton"un yetirməsi olan Sambu "Neftçi"nin heyətinə ötən ilin fevralında qoşulub. O, cari mövsümdə "ağ-qaralar"ın bombardiridir - 7 qol.

Qərb derbisində sevinən tərəf “Turan Tovuz” oldu - YENİLƏNİB

Qabon millisinin üzvü “Sabah”da - RƏSMİ

Ayxan Abbasov: “Cütün favoriti “Qarabağ”dır”

Qurban Qurbanov: “Neftçi”ni başa düşürəm”

I Liqa: Lider xal itkisi ilə üzləşib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
apasport.az

2Mənbələr