AZ

Bild: Almaniya kansleri Merts ABŞ-də Trampla görüşməyə hazırlaşır...

Görüşün martın 3-də Ağ Evdə keçirilməsi planlaşdırılır və bu, Mertsin vəzifəyə başladıqdan sonra ABŞ-yə üçüncü səfəri olacaq...

Poliqon xəbər verir ki, Almaniya kansleri Fridrix Merts martın əvvəlində ABŞ-yə səfər etməyi planlaşdırır. Bild jurnalınln məlumatına görə, səfər çərçivəsində Mertsin ABŞ prezidenti Donald Trampla Vaşinqtonda görüşü nəzərdə tutulur.

Məlumata əsasən, Merts və Tramp arasında Ağ Evdə keçiriləcək görüş ilkin olaraq martın 3-nə planlaşdırılıb. Görüş baş tutacağı təqdirdə, bu, Fridrix Mertsin 2025-ci ilin mayında kansler vəzifəsinə başladıqdan sonra ABŞ-yə üçüncü səfəri olacaq.

Mertsin ABŞ-yə ilk rəsmi səfəri 6 iyun 2025-ci ildə baş tutub. Həmin səfər zamanı Almaniya kansleri Vaşinqtonda ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri ilə bir sıra görüşlər keçirib. Elə həmin ilin avqust ayında Merts ikinci dəfə ABŞ-də olub və digər Avropa ölkələrinin dövlət və hökumət başçılarının nümayəndə heyətləri ilə birlikdə müxtəlif beynəlxalq tədbirlərdə iştirak edib.

Bild nəşri vurğulayır ki, planlaşdırılan görüş transatlantik münasibətlərdə gərginliyin artdığı bir dövrə təsadüf edir. Xüsusilə ABŞ-nin Qrenlandiya ilə bağlı ərazi iddiaları Vaşinqton və Avropa paytaxtları arasında narahatlıq yaradıb və bu məsələ Almaniya–ABŞ münasibətlərində də diqqətlə izlənir.

Eyni zamanda gözlənilir ki, ABŞ dövlət katibi Marko Rubio növbəti həftə Almaniyaya səfər edəcək. Onun Münhen Təhlükəsizlik Konfransında iştirak etməsi planlaşdırılır. Konfrans çərçivəsində ABŞ və Avropa ölkələri arasında təhlükəsizlik, müdafiə və qlobal risklərlə bağlı müzakirələrin aparılacağı bildirilir.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr