AZ

Trampdan "Yeni START" sazişini uzatmamaq siqnalı

Trampdan "Yeni START" sazişini uzatmamaq siqnalı

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə "Yeni START" (Strateji Silahların Azaldılması Sazişi) müqaviləsini uzatmaq əvəzinə, yeni, təkmilləşdirilmiş və modernləşdirilmiş bir sazişin tərəfdarı olmalı olduqlarını bildirib.

ABŞ Prezidenti Tramp "Yeni START" sazişi ilə bağlı "Truth Social" hesabında açıqlama verib. Mövcud sazişin ABŞ üçün pis müzakirə edilmiş bir müqavilə olduğunu ifadə edən Tramp, bu sənədin müddətinin uzadılmasına yaşıl işıq yandırmadığına dair mesaj verib.

ABŞ Prezidenti Amerika ordusunu nüvə silahları da daxil olmaqla bir çox cəhətdən gücləndirdiyini vurğulayaraq aşağıdakı fikirləri qeyd edib:

"ABŞ tərəfindən pis şəkildə müzakirə edilən və ciddi şəkildə pozulan 'Yeni START' sazişini uzatmaq əvəzinə, nüvə sahəsindəki ekspertlərimizi gələcəkdə uzun müddət qüvvədə qala biləcək yeni, təkmilləşdirilmiş və modernləşdirilmiş bir saziş üzərində işlətməliyik".

Digər tərəfdən, Ağ Evin sözçüsü Karolin Livit keçirdiyi mətbuat brifinqində "Yeni START" sazişi ilə bağlı sualı cavablandırıb. Amerikalı sözçü Trampın paylaşımına istinad edərək bu qiymətləndirməni edib:

"Prezident nüvə ekspertlərimizin gələcəkdə uzun müddət keçərli olacaq yeni, təkmilləşdirilmiş və modernləşdirilmiş bir saziş üzərində işləməsini istəyir və Amerika Birləşmiş Ştatları bu mövzunu ruslarla müzakirə etməyə davam edəcək".

Seçilən
57
afn.az

1Mənbələr