AZ

ABŞ-dan İran etirafı: Dollar böhranı və bank iflası

ABŞ-ın maliyyə naziri Skott Bessent İranla bağlı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, o bildirib ki, ABŞ-ın əsas strategiyası İranda dollar çatışmazlığı yaratmaq olub.

Nazirinin sözlərinə görə, bu siyasət ötən ilin dekabr ayında İranın ən böyük banklarından birinin iflası ilə nəticələnib.

Bessent qeyd edib ki, bankın çökməsindən sonra İran vətəndaşları kütləvi şəkildə banklara axışıb, nəticədə Mərkəzi Bank pul çap etməyə məcbur qalıb. Bu proses İran rialının sürətlə dəyər itirməsinə, inflyasiyanın kəskin artmasına səbəb olub.

ABŞ maliyyə nazirinin sözlərinə görə, yaranmış iqtisadi böhran fonunda İran xalqı küçələrə çıxaraq etiraz aksiyaları keçirib. O, eyni zamanda İran rəhbərliyinin xaricə vəsait köçürməyə başladığını iddia edib.

“Bu, ölkə rəhbərliyinin vəziyyətin çıxılmaz olduğunu anladığını göstərir. Belə hallarda ilk olaraq ölkəni tərk edənlər olur”, – deyə Bessent vurğulayıb.

Seçilən
52
nocomment.az

1Mənbələr