AZ

ABŞ da helikopter qəzası 2 ölü

525.az saytına istinadən ain.az xəbər verir.

ABŞ-nin Arizona ştatında İctimai Təhlükəsizlik Departamentinə məxsus helikopter qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İctimai Təhlükəsizlik Departamenti məlumat yayıb.

Qurumdan verilən açıqlamaya görə, silahlı hücuma cavab verən yerli polisə havadan dəstək vermək üçün havaya qalxan helikopter qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterdə olan 2 nəfər ölüb.

Bildirilib ki, qəza ilə bağlı təhqiqat Federal Aviasiya Administrasiyası (FAA) və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) ilə birgə aparılacaq.

Qəzanın səbəbləri ilə bağlı hələlik məlumat verilməyib.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
525.az

1Mənbələr