AZ

“By Ruslan Pizza”da əməkhaqqı qalmaqalı – VİDEO

Bir qrup şəxs müraciət edərək əməkhaqqı və işdən çıxarılma ilə bağlı narazılıqlarını ifadə edib.

NOCOMMENT.az xəbər verir ki, şikayətçilərin sözlərinə görə, onlar bir neçə ay əvvəl Bakıda fəaliyyət göstərən keçmiş By.Ruslan Pizza restoranında rəsmi qaydada işləyiblər. İddia olunur ki, buna baxmayaraq, bir neçə ayın əməkhaqqısı onlara ödənilməyib.

Müraciətdə bildirilir ki, restoranı işlədən Mehdi Ruslan Nizami oğlu tərəfindən əmək müqavilələrinə xitam verilib və işçilər heç bir əsaslı səbəb göstərilmədən Əmək Məcəlləsinin 70.c bəndi (İşçinin əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozması) maddəsi ilə işdən çıxarılıb. Şikayətçilər hesab edir ki, bu bəndin tətbiqi əsassız olub.

Onların sözlərinə görə, məhz bu maddə ilə işdən çıxarılmaları sonrakı dövrdə yeni iş tapmalarını çətinləşdirib və bir çox iş yerləri həmin qeydi əsas gətirərək onları işə qəbul etməkdən imtina edib. /BAKU TV/

 

Seçilən
41
nocomment.az

1Mənbələr